Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonu

Tərkibi – 7 inzibati rayon (Ağdam, Şuşa, Tərtər, Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl) və respublika tabeliyində olan Xankəndi və Şuşa şəhərləri

  • Respublika ərazisinin və əhalisinin 7%-i bu iqtisadi-coğrafi rayondadır.
  • Rayon müxtəlif təbii şəraitə və ehtiyatlara malikdir.
  • Ərazisinin çox hissəsini Qarabağ silsiləsi tutur.
  • Rayonun şimalında Umudlu, cənubunda Qırmızı Bazar, Tuğ və s. çökəkliklər var. Bunlardan ən böyüyü məhsuldar torpaqları olan Xocalı çökəkliyidir.
  • Dağlıq sahələrlə yanaşı, iqtisadi-coğrafi rayona Qarabağ maili düzənliyinin sağlara qovuşan sahələri də daxil edilir.
  • Rayonun iqlimi də müxtəlifdir. Dağətəyi düzənliklər quru subtropik iqlim, dağlıq ərazilər isə, əsasən, mülayim dağ iqliminə aid edilir.
  • Düzənlik hissələrində suvarma, dağlıq hissələrində dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq inkişaf etmişdir.
  • Kiçik Qafqazın Azərbaycan daxilində ən böyük çayı Tərtər bu rayonun ərazisindən axır.
  • Xaçınçay, Qarqarçay, Köndələnçay, Quruçay da rayon ərazisindən axan nisbətən kiçik çaylardır.
  • Tərtər çayı üzərindəki SES və onun su anbarı, çaydan başlanan suvarma kanalları rayonun torpaqlarının suvarılmasında mühüm əhəmiyyətə malikdir.
  • Mineral suları – Turşsu, Şırlan sənaye əhəmiyyətlidir.
  • Mövcud meşələr rayonda ağac emalı sənayesinin az da olsa, inkişafına səbəb olmuşdur.
  • Təbii sərvətləri – Mehmana polimetal filiz yatağı.
  • Tikinti materialları – mərmər, porfiritlər, əhəngdaşı, sement xammalı, qum, çınqıl.
  • Rayonun kənd təsərüüfatının aparıcı sahələri – pambıqçılıq, üzümçülük, bağçılıq, heyvandarlıq.
  • İxtisaslaşmış sahələri – pambıqçılıq, üzümçülük və qismən də heyvandarlıq.
  • Üzüm plantasiyaları rayonun bütün bölgələrində salınmışdır.
  • Pambıqçılıq – Ağdam, Tərtər rayonları.
  • Bağçılıq hər yerdə inkişaf etdirilsə də, geniş sənaye əhəmiyyəti daşımır.
  • Geniş yayılmış tut bağları baramaçılığın inkişafına səbəb olmuşdur.
  • Rayonun sənayesi yerli kənd təsərrüfatı xammalına əsaslanır.
  • Sənayenin strukturunda yüngül və yeyinti sənayesi aparıcı sahələrdir.
  • Yeyinti sənayesinin əsas sahələri – şərabçılıq, meyvə-tərəvəz konservi sənayesi, unüyütmə, çörəkbişirmə.
  • Yüngül sənaye sahələri – pambıqtəmizləmə, toxuculuq, tikiş, ipəkçilik, xalçaçılıq, ayaqqabı, gön dəri.
  • İqtisadi rayonun əsas nəqliyyat vasitəsi avtomobil yollarıdır.
  • Xankəndində aeroport işləyir.
  • Ən mühüm şəhərləri Xankəndi, Ağdam və Şuşadır.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma