Lənkəran-Astara iqtisadi-coğrafi rayonu

Tərkibi – 6 inzibati rayon (Lənkəran, Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı) və respublika tabeliyində olan Lənkəran şəhəri

  • Rayon respublikanın cənub-şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnib, qərbdə və cənubda İranla həmsərhəddir.
  • İran ilə nəqliyyat-iqtisadi əlaqələrdə rayonun böyük tranzit əhəmiyyəti vardır.
  • Hazırda, Astaradan İran ərazisi vasitəsilə Naxçıvana yük və sərnişin daşınır.
  • Rayonda, əsasən, rütubətli subtropik iqlim hakimdir.
  • Qiymətli münbit torpaqlar, dağ yamaclarında geniş yayılmış meşələr rayonun əsas təbii sərvətləridir.
  • Rayonda faydalı qazıntılar azdır. Mişar daşı, çay daşı, qum, gil, çınqıl kimi tikinti materialları sənaye əhəmiyyətlidir.
  • Rayon termal mineral sularla zəngindir. Meşəsu (Lənkəran) və Ərkivan (Masallı) bulaqları daha məşhurdur.
  • Təbii şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi rayonda kurort-turizmləri yaratmaq üçün əlverişlidir. Hazırda Lənkəran turizm bazası, Meşəsu müalicəxanası fəaliyyət göstərir.
  • Milli tərkibinə görə rayonun əhalisi, əsasən, azərbaycanlılardan ibarətdir (həmçinin talışlar və ruslar).
  • Rayonun əhalisi yüksək təbii artım hesabına sürətlə çoxalır (xüsusilə kəndlərdə). Əhalinin 25%-i şəhərlərdə yaşayır.
  • Rayonda əhalinin orta sıxlığı hər kv.km-də 135 nəfərdir.
  • Əhalinin sıx olduğu yer Lənkəran ovalığıdır (hər kv.km-də 170-180 nəfər). Dağ rayonlarında isə sıxlıq azdır (hər kv.km-də 60-80 nəfər).
  • Rayonun əhalisi (xüsusən Lerik rayonu) uzunömürlülüyü ilə fərqlənir.
  • Əhalinin sürətlə artması bu rayonda torpaq qıtlığı yaratmışdır.
  • İşlə təmin olunmaqla bağlı çətinliklər olduğundan rayondan əhalinin emiqrasiyası güclüdür.
  • Rayon iqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. Sənaye məhsulunun 90%-ə qədəri yeyinti sənayesinin payına düşür.
  • Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir.
  • Respublikada istehsal olunan çayın 99%-ə qədəri, tərəvəz-bostan məhsullarının yarıdan çoxu bu rayonun payına düşür.
  • Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan üzrə ixtisaslaşmışdır.
  • Üzümçülük (həmçinin şərab istehsalı) Cəlilabad rayonunda, qismən də Lənkəran rayonu ərazisində inkişaf etmişdir.
  • Lerik və Yardımlı rayonlarında təsərrüfatın əsas sahələri taxılçılıq, heyvandarlı, qismən tütünçülük və üzümçülükdür.
  • İqtisa rayon respublikanın mühüm sitrus meyvəçiliyi rayonudur.
  • Meyvə tərəvəz konservi – Lənkəran, Masallı.
  • Sahilboyu sularda balıq ovlanır.
  • Balıq emalı – Lənkəran və Nərimanabad.
  • Tütün emalı – Masallı.
  • Rayonda tikinti materialları, mebel (Lənkəran, Masallı) istehsalı olunur.
  • Bakı-Astara dəmir və avtomobil yolları iqtisadi əlaqələrin inkişafında böyük rol oynayır.
  • Lənkəranda aeroport fəaliyyət göstərir.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma