Gəncə-Qazax iqtisadi-coğrafi rayonu

Tərkibi – 9 inzibati rayon (Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Samux, Goranboy) və respublika tabeli Gəncə və Naftalan şəhərləri

  • İqtisadi-coğrafi rayon respublikanın qərbində, Kiçik Qafqaz dağlarının şimal yamacını, Gəncə-Qazax (Xunam) düzənliyini və Ceyrançölü əhatə edir.
  • Rayonun iqtisadi-coğrafi mövqeyi əlverişlidir.
  • Azərbaycanın Gürcüstan, Ermənistan və Türkiyə ilə nəqliyyat iqtisadi əlaqələri buradan keçir.
  • Rayon iqtisadi əhəmiyyətinə görə Abşerondan sonra respublikada ikinci yeri tutur.
  • Gəncə-Qazax respublikanın ikinci sənaye rayonudur.
  • Rayonun relyefi, xüsusilə yüksəklik amplitudunun böyüklüyü (3500 m-dən çox) burada beş məskunlaşma və mənimsənilmə zonası ayırmağa imkan verir:
  1. Ceyrançöl – qış otlaqları
  2. Gəncə-Qazax maili düzənliyi – suvarma tələb edən əkinçilik
  3. Dağətəyi zona – əkinçilik və heyvandarlıq
  4. Orta dağlıq – dəmyə əkinçiliyi
  5. Yüksək dağlıq – yay otlaqları və heyvandarlıq
  • Xunam düzü və Gəncə-Qazax maili düzənliyi Kürün sağ sahilindən dağətəyinə qədər olan sahəni əhatə edir.
  • Rayonun əkinə yararlı istifadə olunan torpaqlarının əksəriyyəti bu zonadadır.
  • Rütubət çatışmazlığı ilə əlaqədar əkinçilikdə suvarma tətbiq edilir.
  • Əhali, əsasən, yerli təbii artım hesabına çoxalır.
  • Gəncə şəhəri istisna olmaqla, iş yerlərinin olmaması ilə əlaqədar gənclərin xeyli hissəsi kənarlara getmişdir.
  • Əhalinin sıxlığı rayon üzrə hər kv.km-də 86 nəfər, Gəncə-Qazax maili düzənliyində 100-120 nəfərdən çoxdur.
  • Əhalinin 47%-i şəhərlərdə yaşayır.
  • Əmək ehtiyatları kifayət qədərdir, işsizlik problemi mövcuddur.
  • Uzun müddət müstəqil iqtisadi siyasət yeridilməməsi rayonun təsərrüfatının ixtisaslaşmasına mənfi təsir göstərmişdir.
  • Rayonda istehsal edilən əsas məhsullar ilkin emal mərhələsini keçib, respublikadan kənaralara daşınmışdır.
  • Rayonda, əsasən, az əmək tutumlu,qeyri-mütərəqqi müəssisələr yaradılıb.
  • Rayonun sənayesi qara və əlvan metallurgiya, maşınqayırma və metal emalı, elektroenergetika, tikinti materialları istehsalı ilə təmsil olunur.
  • Zəylikdən çıxarılan alunit xammalı əsasınd 60-cı illərdən Gəncə gil-torpaq zavodu fəaliyyət göstərir.
  • Gəncə alüminium zavodunda əsas məhsulla yanaşı, sulfat turşusu, sulfat duzu, kalium gübrələri istehsal olunur.
  • Sənaye məhsulunun xeyli hissəsi yüngül sənayenin (pambıq və yun parça, xalça, Gəncə pambıqtəmizləmə zavodu, Gəncə çini-saxsı qablar zavodu, tikiş və toxuculuq) payına düşür.
  • Qazaxda “Zili” xalça fabriki məşhurdur.
  • Rayon respublikanın həm də mühüm kənd təsərrüfatı rayonudur.
  • Bitkiçilik heyvandarlığa nisbətən daha yaxşı inkişaf etmişdir.
  • Respublika üzümünün 27-28%-i, kartofun 80-85%-dən çoxu burada yetişdirilir.
  • Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuzun dağlıq və dağətəyi hissələrində kartof əkilir, hər yerdə taxıl və tərəvəz-bostan məhsulları becərilir.
  • Pambıq yalnız Goranboy rayonunda əkilir.
  • Bakı-Tbilisi dəmir və avtomobil yolları mühüm iqtisadi əhəmiyyətə malikdir.
  • Göygöl və Hacıkənd istirahət zonaları, Naftalan kurortu (dünyada yeganə neft-müalicə sanatoriyası) buradadır.
  • İqtisadi rayonda Gəncə-Daşkəsən ƏİK formalaşıb.
  • Gəncədə aeroport fəaliyyət göstərir.
  • Gəncə əhalisinin sayına, iqtisadi roluna görə respublikanın ikinci böyük şəhəridir.
  • Gəncə Cənubi Qafqazda əhalisinin sayına görə respublikaların paytaxtlarından sonra dördüncü şəhərdir.
  • Gəncə əhalisinin milli tərkibində azərbaycanlılar (94%) əsas yer tutur.
  • Qazax şəhəri Azərbaycanın qərbində, Ağstafaçayın sahilində yerləşir.
  • Qazaxda artan işçi qüvvəsinə müvafiq yeni iş yerlərinin olmaması şəhərin böyüməsinə mane olur.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma